Azərbaycanlı futbolçu hamını qorxutdu - Onu xəstəxanada ayıltdılar - FOTO

 Azərbaycanlı futbolçu hamını qorxutdu - Onu xəstəxanada ayıltdılar - FOTO

II Liqanın 16-cı turu çərçivəsində keçirilən «Füzuli» - «Dinamo» qarşılaşmasında (3:2) qorxulu anlar yaşanıb.

Titul.az sportinfo-ya istinadən xəbər verir ki, "polislər"in yarımmüdafiəçisi İntiqam Məmmədov matçın 73-cü dəqiqəsində özündən gedib.

Rəqiblə ikili mübarizədən sonra yerə yıxılan oyunçunun başı süni qazona çırpılıb. O, təcili tibbi yadım maşını ilə xəstəxanaya çatdırılıb.

Azərbaycanlı futbolçu hamını qorxutdu - Onu xəstəxanada ayıltdılar!

Hüşsuz vəziyyətdə olan Məmmədov orada ayılıb. İlkin müyainədən sonra onun beyin silkələnməsi keçirdiyi, amma səhhətində qorxu fəsad buraxmadığı müəyyənləşib.

15:49 - 13 Mart 2024

Xəbər lenti