Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin (İB) sədri Ruslan Əliyev vəzifəsindən azad edilib.
Titul.az xəbər verir ki, onun yerinə müavini Azər Məmmədov təyin edilib.
"Azəriqaz" İB-nin mətbuat katibi Eldəniz Vəliyev məlumatı təsdiq edib.
Qeyd edək ki, A. Məmmədov 2023-cü ilin mart ayına qədər "SOCAR Energy Georgia"nın baş direktorunun müşaviri vəzifəsində çalışıb.
13:34 - 11 Mart 2024