UEFA Avropa Liqasının 1/8 final mərhələsində Bakıda "Qarabağ" və Almaniyanın "Bayer" komandaları arasındakı ilk oyun başa çatıb.
Titul.az xəbər verir ki, oyun 2:2 hesablı heç-heçə ilə başa çatıb.
"Qarabağ" komandasının heyətində qolları Yasin Benzia (26-ci dəqiqə), Juninyo (45+2) vurublar. Almaniya təmsilçisinin heyəqində Florian Virtz (70), Patrik Şik (90+2) fərqləniblər.
Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması martın 14-də Leverkuzendə baş tutacaq.
23:59 - 7 Mart 2024