UEFA-dan "Qarabağ"la bağlı QƏRƏZLİ QƏRAR - “Bayer”lə oyun onlara tapşırıldı

 UEFA-dan

“Qarabağ”ın “Bayer”lə ilk oyununun hakimləri açıqlanıb.

Titul.az xəbər verir ki, Avropa Liqasının 1/8 mərhələsinin ilk oyunları çərçivəsində baş tutacaq matçı fransalı ədalət təmsilçiləri idarə edəcək.

Martın 7-də keçiriləcək görüşün baş hakimi Benua Bastien olacaq. Ona Hiçam Zakrani və Aurelien Bertomieu kömək edəcəklər.

Dördüncü hakim funksiyasını Ceremi Piqnard yerinə yetirəcək. Benua Millot VAR, Erik Uattelye AVAR olacaq. İçko Lozev (Bolqarıstan) isə qarşılaşmaya hakim-inspektoru kimi təyinat alıb.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" – “Bayer” (Almaniya) qarşılaşması saat 21:45-də başlayacaq.

Xatırladaq ki, Fransa ilə Azərbaycan arasında diplomatik əlaqələr tarixinin ən gərgin dövrünü yaşayır. Fransa hazırda dayanmadan Ermənistanı silahlandırmaq azmış kimi, Azərbaycana qarşı Fransa-Ermənistan-Hindistan koalisiyası da qurmaq yolunda əlindən gələni edir. Rəsmi İrəvan müharibə hazırlığını gizlətməyə çalışsa da Nikol Paşinyanın son səfərləri məhz Ermənistanın sürətli şəkildə Azərbaycana qarşı növbəti müharibə hazırlığı gördüyündən xəbər verir. Bunun da başında təbii ki, Emanuel Makron adı dayanır.

10:52 - 5 Mart 2024

Xəbər lenti