Saatlıdakı dəhşətli qəzanın görüntüləri yayıldı - ANBAAN VİDEO

 Saatlıdakı dəhşətli qəzanın görüntüləri yayıldı - ANBAAN VİDEO

Xəbər verdiyimiz kimi, Saatlıda avtomobil ötən gün azyaşlını vurub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, martın 1-i saat 17 radələrində Saatlı rayonunun Qara Nuru kəndi ərazisində İmişli rayon sakini, 33 yaşlı Gündüz Hacıyev idarə etdiyi "Daewoo" markalı nəqliyyat vasitəsilə hərəkətdə olan zaman yolu keçmək istəyən kənd sakini 8 yaşlı P.Məmişovanı vurub. Sonuncu aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı Saatlı RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanıb, araşdırmalar aparılır.

Titul.az xəbər verir ki, Referans.az avtomobilin azyaşlını vurduğu anın görüntülərini əldə edib:

14:25 - 3 Mart 2024

Xəbər lenti