Azərbaycanda baş həkim və həyat yoldaşı QƏTLƏ YETİRİLDİ - ADLAR

 Azərbaycanda baş həkim və həyat yoldaşı QƏTLƏ YETİRİLDİ - ADLAR

Salyanda ər və arvad qətlə yetirilib.

Titul.az xəbər verir ki, hadisə Salyan rayonunun Kərimbəyli kəndində qeydə alınıb. Həmin kəndin sakinləri, əvvəllər tibb müəssisəsində baş həkim vəzifəsində çalışan şəxs və onun həyat yoldaşı naməlum şəraitdə qətlə yetirilib.

Məlum olub ki, qətlə yetirilən şəxslər 1956-cı il təvəllüdlü İsrafil Məmmədov və həyat yoldaşı, 1963-cü il təvəllüdlü Münəvvər Məmmədovadır. Onlar yaşadıqları evdə qətlə yetiriliblər.

Hadisə ilə bağlı əməliyyat-axtarış tədbirləri görülür.

 

11:21 - 1 Mart 2024

Xəbər lenti