Azərbaycan millisinin sabiq yunan-Roma güləşçisi Cabbar Yusifinin məhkəməsi olub.
Titul.az xəbər verir ki, Rusiyanın paytaxtı Moskva məhkəməsi 2023-cü ilin martında həbs edilən sabiq idmançıya hökm oxuyub.
Silah satışı ilə məşğul olmaqda günahkar bilinən həmyerlimiz 3 il 2 ay müddətinə azadlıqdan məhrum edilib. Həbsə qədər İnterpol tərəfindən də axtarılan Cabbar Rusiyada qanunsuz silah saxlamaq, Ukraynada qətldə ittiham olunub.
Qeyd edək ki, Yusifi 2014-cü il Yeniyetmələrin Yay Olimpiya Oyunlarının mükafatçısı olub.
20:21 - 27 Fevral 2024