“Qəbələ”də Elmar Baxşıyev dönəmi BİTDİ

 “Qəbələ”də Elmar Baxşıyev dönəmi BİTDİ

“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev istefa verib.

Titul.az xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.

Klub rəhbərliyi 44 yaşlı mütəxəssisin istefasını qəbul edib.

2015-ci ilin iyunundan “Qəbələ”nin əvəzedicilərinin məşqçisi, 2017-ci ilin iyulunda baş məşqçisi kimi çalışan Baxşıyev 2018-ci ildən əsas komandada çalışıb.

2019-cu ilin avqustunda baş məşqçi təyin olunan mütəxəssis bu müddətdə ümumilikdə 155 oyunda bu vəzifəni yerinə yetirib.

Komanda onun rəhbərliyi altında 52 qələbə qazanıb, 41 heç-heçə edib və 62 dəfə uduzub. “Qəbələ” 2022-2023-cü illər mövsümündə Baxşıyevlə Azərbaycan kubokunun qalibi olub.

16:55 - 24 Fevral 2024

Xəbər lenti