"Qarabağ"ın üzvü Olavio Juninyo karyerasını Türkiyədə davam etdirə bilər.
Titul.az xəbər verir ki, bu məlumatı Türkiyənin "Fotospor" nəşri yayıb.
Məlumata görə, "Fənərbağça"nın skautları Azərbaycana gedib. Onlar Ağdam təmsilçisinin Avropa Liqasının pley-offunda "Braqa"ya qarşı cavab matçında stadiondan oyunçunu izləyiblər. İstanbul klubunun braziliyalı hücumçu üçün araşdırmaları davam etdirəcəyi vurğulanıb.
Qeyd edək ki, Juninyo 2023-cü ilin yayından "Qarabağ"da oynayır. / offsideplus.az
11:37 - 24 Fevral 2024