“Qarabağ” 1/8 finalın bir addımlığında - Tarixi MATÇ

 “Qarabağ” 1/8 finalın bir addımlığında - Tarixi MATÇ

Bu gün UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları keçiriləcək.

Titul.az xəbər verir ki, Azərbaycanı turnirdə təmsil edən "Qarabağ" da meydana çıxacaq.

Qurban Qurbanovun komandası Bakıda "Braqa"nı qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 21:45-də başlayacaq.

Portuqaliyada 4:2 hesabı ilə möhtəşəm qələbə qazanan "Qarabağ"ın 1/8 finala çıxmaq və yeni bir tarix yazmaq üçün yaxşı şansı var. "Braqa" növbəti mərhələyə yüksəlmək üçün "Qarabağ"a 3 top fərqi ilə qalib gəlməlidirsə, Ağdam təmsilçisinə hətta 0:1 hesablı məğlubiyyət də kifayət edir ki, 1/8 finala adlasın.

22 fevral

UEFA Avropa Liqası

Pley-off mərhələsinin cavab oyunu

21:45. "Qarabağ" (Azərbaycan) - "Braqa" (Portuqaliya) 

Baş hakim: Georgi Kabakov (Bolqarıstan)

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

İlk oyun - 4:2

16:09 - 22 Fevral 2024

Xəbər lenti