Kamil Zeynallı Rusiyada saxlanıldı: Ermənistana təhvil verilə bilər - VİDEO

 Kamil Zeynallı Rusiyada saxlanıldı: Ermənistana təhvil verilə bilər - VİDEO

İdmançı Kamil Zeynallı Azərbaycana qayıdarkən Rusiyanın Domodedovo hava limanında saxlanılıb. 

Titul.az xəbər verir ki, bu barədə o, özü instaqram sosial hesabında videogörüntü yayıb.

Kamil Zeynallı Ermənistanın sorğusu əsasında Moskvada saxlanılıb

Videogörüntüdə K.Zeynallı Moskvanın Domodedovo hava limanında Bakıya qayıdarkən polis tərəfindən saxlanıldığını və şöbəyə aparıldığını söyləyib.

K.Zeynallı bildirib ki, polislər ona Ermənistan tərəfindən beynəlxalq axtarışa verildiyini, sabah məhkəməyə çıxarılacağını söyləyib.

K. Zeynallı onu da bildirib ki, polislər ona Ermənistana təhvil verilə biləcəyini də söyləyib.

09:23 - 21 Fevral 2024

Xəbər lenti