Fatih Terim "Qarabağ"ın hücumçusunu istəyir

 Fatih Terim

"Qarabağ"ın futbolçusu Juninyo yayda Ağdam təmsilçisindən ayrıla bilər.

Titul.az xəbər verir ki, 27 yaşlı forvardla "Panatinaikos" klubu maraqlanır. Belə ki, klub artıq oyunçunun agentləri ilə əlaqəyə keçib və müqavilənin şərtləri ilə maraqlanırlar.

Yunanıstan təmsilçisi yayda "Qarabağ"a müraciət edəcək.

Qeyd edək ki, Juninyonun "köhlən atlar"la müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir. /Offsideplus.az

11:38 - 19 Fevral 2024

Xəbər lenti