Nazir postundan çıxarılan Fikrət Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLİR

 Nazir postundan çıxarılan Fikrət Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLİR

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu bəndinə uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Fikrət Fərrux oğlu Məmmədovun Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilməsi haqqında Azərbaycan Respublikasının Milli Məclisinə təqdimat verib.

Titul.az Trend-ə istinadən xəbər verir ki, Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 2-ci bəndinə uyğun olaraq, təqdimata parlamentdə müvafiq qaydada baxılacaq.

Qeyd edək ki, ötən gün Prezident İlham Əliyevin müvafiq Sərəncamla təsdiqlədiyi Nazirlər Kabinetinin yeni tərkibində sabiq Ədliyyə naziri Fikrət Məmmədov yer almamışdı.

14:30 - 17 Fevral 2024

Xəbər lenti