Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili və Xalq şairi Sabir Rüstəmxanlının qızı boşanıb.
Titul.az metbuat.az-a istinadən xəbər verir ki, millət vəkilinin qızı Aydan Cəfərova-Rüstəmxanlı müğənni Elçin Cəfərovla aralarında olan rəsmi nigahın pozulması məqsədilə Yasamal rayon Məhkəməsinə müraciət edib. Hakim Ayaz Məmmədovun sədrliyi ilə keçirilən bir-neçə məhkəmə prosesindən sonra fevralın 14-də qərar qəbul edilib.
Məhkəmənin qərarı ilə, Aydan Cəfərova-Rüstəmxanlı ilə Elçin Cəfərov arasındakı rəsmi nigah ləğv edilib.
Xatırladaq ki, Elçin və Aydan cütlüyü 2016-cı ilin aprelində ailə qurub. Onların birgə nigahdan bir oğlan övladları var.
17:11 - 16 Fevral 2024