Milli Məclisdə Əli Əsədovun Baş nazir vəzifəsinə təyinatı məsələsi müzakirəyə çıxarılıb.
Titul.az xəbər verir ki, onun namizədliyi Prezident İlham Əliyev tərəfindən irəli sürülüb.
Milli Məclisin sədri Sahibə Qafarova məsələ ilə bağlı deputatlara məlumat verib.
Daha sonra deputatlar məsələ ilə bağlı fikirlərini bölüşüblər.
Əli Əsədovun Baş nazir postuna namizədliyi səsverməyə qoyularaq qəbul edilib.
10:39 - 16 Fevral 2024