Azərbaycanda kişi dəfn zamanı "DİRİLİB": Molla qaçdı - FOTO

 Azərbaycanda kişi dəfn zamanı

Aktyor Fəqan Məməmmədov vaxtı ilə yaşadığı Bərdə rayonunda qarşılaşdığı tükürpədici hadisədən danışıb.

Titul.az xəbər verir ki, Fəqan öldüyü zənn edilən kişini dəfnə apararkən qəfil oyandığını bildirib.

Aktyor hadisə şahidi başda molla olmaqla çox insan qorxusundan həmin yerdən qaçdığını deyib:

"Qalan az sayda adam isə "dirilən" kişini döyməyə başlayıblar ki, xortdamısan. Bu zaman bir ağsaqqal əslində kişinin kliniki ölüm keçirdiyini bildirib və hal-qəziyyənin onların düşündüyü kimi olmadığını bildirib. Amma yenə də ömrünün sonuna kimi o kişini ailəsi yaxına buraxmadı ki, sən xortdamısan. Cahillik deyil, nədi?!".

 

 

16:28 - 15 Fevral 2024

Xəbər lenti