Ümumi təhsil müəssisələrinin direktorlarının aylıq əməkhaqqına şagird sayından asılı olaraq əlavələr tətbiq edilir.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Titul.az-a verilən məlumata görə, təhsilverənlərin sertifikatlaşdırılması nəticələrinə müvafiq olaraq, 2023-cü ildə 23000-dən çox, 2022-ci ildəkilərə görə isə 9000-ə yaxın müəllimin əmək haqlarına əlavələr tətbiq olunub.
Ümumilikdə 32000-ə yaxın müəllimin əməkhaqqına əlavələr ödənilir.
Məlumatda bildirilib ki, 897 direktor 1000 manatdan yüksək əməkhaqqı alır. Onlardan 285-i 1000-1500 manat, 456-sı 1500-2000, 156-sı isə 2000-dən çox maaş alır.
Qeyd edək ki, əməkhaqqına əlavələrin tətbiq edildiyi direktorların rəhbərlik etdiyi müəssisələrdəki şagird sayı ölkədəki bütün şagirdlərin 64% -ni təşkil edir.
12:55 - 15 Fevral 2024