Meyxanaçı Rüfət Nasosnu Elgiz Əkbərin aparıcısı olduğu verilişdə söhbət əsnasında 10 ildir evli olduğunu, lakin övladının olmadığını bildirib.
Titul.az xəbər verir ki, meyxanaçının sözlərinə aparıcı gözlənilməz reaksiyası ilə diqqət çəkib. Elgiz övladı olmadığını bildirən Rüfətə "Niyə olmur?" deyə sualla müraciət etsə də, aparıcı etdiyinin qeyri-etik olduğunu anlayıb dərhal sualı dəyişməyə çalışıb.
Sözügedən kadrları təqdim edirik:
Qeyd edək ki, meyxanaçı Rüfət Nasosnu dekabrın sonlarında "7 tamam" proqramında qonaq olarkən də xanım aparıcı Nanə Ağamalıyevanın eyni sualı ilə üz-üzə qalmışdı. Nanənin meyxanaçıya bu qeyri-etik sualı tamaşaçılar və sosial media istifadəçiləri tərəfindən böyük tənqidə səbəb olmuşdu.
14:22 - 11 Fevral 2024