Bakının Sabunçu rayonunda yol qəzası zamanı qadın quyuya düşüb.
Titul.az APA-ya istinadən xəbər verir ki, hadisə Kürdəxanı qəsəbəsində qeydə alınıb.
"Opel" markalı maşının sürücüsünün qarşısına "Toyota Prius" çıxıb. "Opel"in sürücüsü avtomobili aşırıb. Avtomobildə olan sərnişin - sürücünün həyat yoldaşı 1976-ci il təvəllüdlü Ağayeva Nəzakət Şabalı qızı maşının pəncərəsindən çıxaraq quyuya düşüb. Qadın aldığı xəsarətlərdən ölüb.
Qeyd edək ki, onlar ötən həftə evlənən qızlarının evinə qonaq gedirlərmiş.
10:32 - 9 Fevral 2024