Azərbaycanda DƏHŞƏT: 2 məktəbli öldü, 1 yaralı var - ADLAR

 Azərbaycanda DƏHŞƏT: 2 məktəbli öldü, 1 yaralı var - ADLAR

Zaqatalada 3 məktəblini maşın vurub. 

Titul.az lent.az-a istinadən xəbər verir ki, hadisə rayonun Göyəm kəndində qeydə alınıb. 

Dərsdən çıxıb evə gedən 3 məktəblini maşın vurub. 

İlkin məlumata görə, nəticədə məktəblilərdən ikisi ölüb, digər vəziyyəti ağırdır. 

Dəhşətli qəzada ölən məktəblilərin şəxsiyyəti məlum olub. 

Hadisə zamanı 2013-cü il təvəllüdlü Ramazan Babək oğlu İsayev və 2013-cü il təvəllüdlü Kamal Elçin oğlu Permadov aldıqları ağır xəsarətlərdən hadisə yerində ölüblər.    2013-cü il təvəllüdlü İbrahim Əziz oğlu İbrahimzadə isə ağır vəziyyətdə Zaqatala RMX-nın Reanimasiya şöbəsinə yerləşdirilib.  Dörd bürcün həyatında əsl bayram başlayacaq: pul çay kimi axacaq Bu ilin yanvar ayında pensiyaya çıxanların da pensiya məbləğləri artırılacaq? - CAVAB Tanrıya salam söylə, maestro...  Zaqatalada 2 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanıb. DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a bildirilib ki, fevralın 8-i saat 13 radələrində Zaqatala rayonunun Göyəm kəndi ərazisində Emin İbrahimov idarə etdiyi "Mercedes" markalı  avtomobil ilə piyadalar, 2013-cü il təvəllüdlü üç azyaşlını vurub. Onlardan 2-si vəfat edib, digəri isə xəstəxanaya yerləşdirilib.  

Faktla bağlı cinayət işi başlanıb.

15:27 - 8 Fevral 2024

Xəbər lenti