Hərbi qulluqçuların maaşları artırıldı

 Hərbi qulluqçuların maaşları artırıldı

“Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının aylıq vəzifə (tarif) maaşlarının məbləğləri” yeni redaksiyada təsdiqlənib.

Titul.az xəbər verir ki, bu barədə baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Qərara əsasən, Maliyyə Nazirliyinə tapşırılıb ki, bu qərarın icrası ilə əlaqədar tələb olunan əlavə vəsaitin maliyyələşdirilməsini Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsində müvafiq məqsədlər üçün nəzərdə tutulmuş vəsaitlər hesabına həyata keçirsin.

Bu qərar 2024-cü il yanvarın 1-dən tətbiq edilir.

11:20 - 6 Fevral 2024

Xəbər lenti