Tanınmış ilahiyyatçı, Məşədi Dadaş məscidinin mərhum imamı Hacı Şahin Həsənlinin vəfatından 11 ay sonra məzarının üstü götürülüb.
Titul.az-ın əldə etdiyi kadrlardan da görünür ki, Hacı Şahin Həsənlinin vəfatının 1-ci ildönümünə az bir müddət qaldığı vaxtda məzarı üstündə işlər sürətləndirilib.
Qeyd edək ki, İslam adətlərinə görə isə, şəxs vəfat etdikdən 40 gün sonra qəbirüstü abidəsi qoyulmalı olsa da, bilinməyən səbəblərdən mərhumun məzar daşı bu günə kimi hələ qoyulmayıb. Ehtimal edilir ki, Hacı Şahin Həsənlinin ildönümündə artıq məzar daşı tam hazır vəziyyətə gətiriləcək.
Xatırladaq ki, tanınmış ilahiyyatçı, Məşədi Dadaş Məscidinin imamı Hacı Şahin Həsənli 2023-cü ilin mart ayında ürəktutmasından dünyasını dəyişib.
02:22 - 2 Fevral 2024