Öldüsündən-qaldısından xəbər olmayan bir zamanların məşhur müğənnisi illər sonra ORTAYA ÇIXDI - İlk sözü ... - FOTO

 Öldüsündən-qaldısından xəbər olmayan bir zamanların məşhur müğənnisi illər sonra ORTAYA ÇIXDI - İlk sözü ... - FOTO

Bir zamanların istedadlı və məşhur müğənnilərindən hesab edilən Vasif Şahbazov uzun illər sonra ortalığa çıxdı.

Titul.az xəbər verir ki, "Xəzər axşamı" verilişinin qonağı olan müğənninin illərə meydan oxuduğu, yaşlanmadığı da diqqətdən qaçmayıb.

Vasifin ilk açıqlaması isə Xalq artisti Röya Ayxanla baölı olub. İllərdir səhnəyə çıxmayan müğənni Röya ilə bir zamanlar çox yaxın dost olsalar da, Xalq artistindən geridə qalan bu illər ərzində dəstək görmədiyindən gileylənib:

"Mən vaxtı ilə Röyaya çox arxa-dayaq olmuşam. Onu da çox sənətçilərimiz bilir: Ədalət Şükürovdan, Vüqar Əbdilovdan belə hamısı. Buradan onu demək istəyirəm ki, mən Moskvadan gələndə onunla əlaqə saxlamaq istədim. Röyanın prodüsseri Kənan bəy bir gün dedi Röya bağda dincəlir, bir gün başqa bir şey dedi. Mən üzümü tutub demək istəyirəm ki, "Röya xanım, mən sizdən heçnə istəmirəm. Sadəcə, siz bu gün Xalq artistisiniz. Bir-birimizə dəstək olmağı bacaraq da. Mən yenə deyirəm, Röya xanımı çox istəyirəm. Ona salamalar göndərirəm. İmkanı dairəsində dəstəyini gözləyirəm".

Verilişdn görüntüləri təqdim edirik:

 

10:00 - 27 Yanvar 2024

Xəbər lenti