Rusiya Aerokosmik Qüvvələrinə məxsus İl-76 təyyarəsi Belqorod vilayətində qəzaya uğrayıb.
Titul.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, qəzaya uğrayan İl-76 təyyarəsinin göyərtəsində Ukrayna Silahlı Qüvvələrinin əsir götürülmüş 65 hərbçisi mübadilə üçün Belqorod vilayətinə aparılıb.
Məlumata görə, hərbi hava qüvvələrinin komissiyası qəzanın səbəblərini müəyyən etmək üçün hadisə yerinə gedib.
İl-76-nın göyərtəsində Ukrayna Silahlı Qüvvələrinin əsir götürülən hərbçilərindən əlavə, 6 ekipaj üzvü və onları müşayiət edən 3 şəxs olub.
13:58 - 24 Yanvar 2024