Keçmiş kriminal-avtoritet Lotu Quli ləqəbli Nadir Səlifovun adı doğmaları tərəfindən əbədiləşdirilib.
Titul.az xəbər verir ki, mərhumun bacısı öz nəvəsinə qardaşı Lotu Qulinin adını verib.
Bununla bağlı təntənəli adqoyma mərasimi də təşkil olunub. Bu mərasimdə yerli şou-biznesin bir çox tanınmış simalarının iştirak etdiyi bildirilir. Onlar arasında Şəbnəm Tovuzlu da olub.
Xatırladaq ki, Lotu Quli ləqəbli Nadir Səlifov 2020-ci ilin avqustun 19-dan 20-nə keçən gecə Antalyada oteldə güllələnərək qətlə yetirilib. O, başından 4 güllə yarası alıb. Xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Adqoydu mərasimindən videonu təqdim edirik:
09:43 - 24 Yanvar 2024