Əməkdar artist VƏFAT ETDİ - FOTO

 Əməkdar artist VƏFAT ETDİ - FOTO

Əməkdar artist Niftulla Əsgərov vəfat edib.

Titul.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, tanınmış aktyor ürək-damar xəstəliyi səbəbindən 65 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, N.Əsgərov 1959-cu ildə Lənkəran rayonunun Girdəni kəndində anadan olub. 1995-ci ildən Lənkəran Dövlət Dram Teatrında çalışıb.

2018-ci ildə əməkdar artist fəxri adına layiq görülüb. O, bir sıra filmlərdə və seriallardakı rolları ilə tanınıb.

 

10:29 - 22 Yanvar 2024

Xəbər lenti