Adı məşhur iş adamı "Yetim" Elçinlə hallandırılan Ayselin LÜKS VİLLASI - İlk dəfə göstərdi - VİDEO

 Adı məşhur iş adamı

Adı məşhur iş adamı "Yetim Elçin" ilə hallandırılan müğənni Aysel Əlizadənin lüks villası görənləri heyrətləndirib.

Titul.az xəbər verir ki, Aysel "Evdəkilərə salam" verilişinin efirində yaşadığı villasını ilk dəfə təqdim edib.

Müğənni bildirib ki, qışda da bu bağ evində qalmağı seçib. Aysel səbəbinin bsş evinin daha gen-bol olması ilə izah edib.

A.Əlizadənin lüks villasının görüntülərini təqdim edirik:

Qeyd edək ki, Xoşqədəm Hidayətqızının verilişində qonaq olan Turanə Nəcəfova Aysel Əlizadəni keçmiş əri Elçin Nəcəfovla ("Yetim" Elçin) münasibətdə ittiham edib. Söhbət zamanı Xoşqədəm Hidayətqızı "Aysel Əlizadə atası yaşda kişi ilə pula görə münasibətdə ola bilməz, buna inanmıram. Ərim Doğuş onun haqqında maraqlanıb. Elə məqamlar ortaya çıxıb. Hamısını deyəcəyəm..." kimi fikirlər səsləndirib.

Müğənni X.Hidayətqızı və T.Nəcəfovanın dediklərini şərəf və ləyaqətinə xələl gətirdiyini əsas gətirərək təzminat iddiası qaldırıb. İddia 4 il ərzində müxtəlif instansiya məhkəmələrində mübahisələndirilib, bu günlərdə isə Ali Məhkəmədə yekun qərar çıxarılıb. Qərara əsasən, Xoşqədəm Hidayətqızı vurduğu mənəvi zərərə görə Aysel Əlizadəyə 2 min manat təzminat ödəməlidir. O, eyni zamanda üzr istəməli və dediklərini təkzib etməlidir. 

01:29 - 22 Yanvar 2024

Xəbər lenti