"Keçən dəfə məclislərin birində bu jiletin şalvar idi. Şalvarı kəsib jilet eləmisən?".
Titul.az xəbər verir ki, bu sualı aparıcı Elgiz Əkbər verilişində qonaq olan Əməkdar artist Vasif Məhərrəmliyə ünvanlayıb.
Elgizin bu sualı müğənninin sirrini açmasına səbəb olub. Vasif Elgizin sualını bu sözlərlə təsdiqləyib:
"Bəli. Bu kostyum dəstini mən İtaliyadan almışdım. Çox da xoşuma gəlirdi, sən də görmüşdün. Günlərin bir günü şalvar partladı nədənsə, cırıldı. Mən də parçadan çox xoşum gəldiyi üçün gətirdim verdim, dostlarımız sağolsunlar, mənim üçün belə bir jilet tikdilər".
Ətraflı videoda:
03:06 - 21 Yanvar 2024