"Qarabağ" bu transfer üçün hərəkətə keçdi - 650 min dollar təzminat istədilər

"Qarabağ"da Anton Krivotsyuk "eşqi yenidən alovlanıb".

Titul.az pressing.az-a istinadən xəbər verir ki, "köhlən atlar" bu keçidi həll etmək üçün 25 yaşlı mərkəz müdafiəçisinin məxsus olduğu Cənubi Koreyanın "Daejeon" klubu ilə danışıqları bərpa edib.

Cənubi Koreya təmsilçisi Antonu mövsümün sonuna qədər "Qarabağ"a satınalma şərti ilə icarəyə verməyə müsbət yanaşır.

Çünki Asiya ölkəsində çempionatda fasilədir. "Qarabağ" Krivotsyukun maaşını qarşılamalı və icarə keçidi üçün müəyyən təzminat ödəməlidir.

Daha sonra isə "Qarabağ" Antonu birdəfəlik almalıdır. Ümumilikdə "Qarabağ"dan 650 min dollar təzminat tələb olunur. Ölkə çempionu bu məbləği taksit şərtlə ödəmək üçün asiyalılarla danışıqlar aparır.

Hazırda ağdamlılar bu keçidi həll etmək üçün səfərbər olub. Rahil Məmmədovun Polşanın "LSK Lodz" klubuna keçidi, digər müdafiəçi Kevin Medinanın uzun müddətlik zədələnməsi, Bədavi Hüseynov və Maksim Medvedevin yaşının üstünə yaş gəlməsi və yerli oyunçu qıtlığının yaratdığı problemlər "Qarabağ"ı arxa xəttə yeni oyunçu almağa məcbur edir.

00:01 - 21 Yanvar 2024

Xəbər lenti