Bakıdan Sumqayıta yeni marşrut xətti: "BakuBus"la 80 qəpiyə... - DİQQƏT!

 Bakıdan Sumqayıta yeni marşrut xətti:

Yanvarın 21-dən “BakuBus” paytaxtdan Sumqayıt şəhərinə və əks istiqamətdə sərnişin daşımağa başlayacaq.

Titul.az xəbər verir ki, bu barədə “Baku Bus” MMC-nin "Instagram" səhifəsində məlumat yayılıb.

Məlumata görə, bu xəttə buraxılacaq avtobuslar komfortlu nəqliyyat vasitələri olacaq. Dayanacaqlar Bakı Beynəlxalq Avtovağzal Kompleksi, Avtovağzal m/st, Ceyranbatan qəsəbəsi, Sumqayıt dairəsi, Bağçalı evlər y/k və Sumqayıt Avtovağzalıdır. Gediş haqqi 80 qəpikdir. İnterval 11 dəqiqə, pik saatlar 7-8 dəqiqə təşkil edir.

Səhər Sumqayıtdan ilk çıxış saat 5:50-də, səhər Bakıdan ilk çıxış saat 6:30-da, axşam Bakıdan son çıxış saat 23:00-da, axşam Sumqayıtdan son çıxış isə saat 22:20-da olacaq.

16:30 - 19 Yanvar 2024

Xəbər lenti