"Qardaşımın yeddinci günü idi. Evə gəlirdim. Gördüm ki, gəlin qardaşının qayınatası ilə bir yataqda..."
Titul.az Manset.az-a istinadən xəbər verir ki, bunu Sevinc adlı xanım "Space" televiziyasında yayımlanan «Gəl dərdini danış» verilişiondə deyib. O, qardaşının ölümündən sonra onun arvadı Nərminin yas günü evə kişi gətirməsi zamanı baş verən hadisələri və sübutları tamaşaçılara təqdim edib. Xanım bildirib ki, hətta həmin anda 12-14 yaşlı uşaqlarda hadisənin şahidi olub. O gündən sonra 2 ildir uşaqlar ana ilə deyil, bibidə qalırmış. Bu günlərdə isə Nərminin məhkəməyə müraciət edərək uşaqları tələb eləməsi bibini özündən çıxarıb. Onun sözlərinə görə 2 dəfə məhkəmə olub və uşaqlar da dindirilib. "Məhkəmədə uşaqlardan soruşdular ki, ananızı istəyirsiz? onlarda yox dedilər. Səbəb göstərdilər. Daha sonra Bakıya göndərdilər ki, uşaqları test eləsinlər, yoxlasınlar. Psixoloq rəy verdi ki, bu uşaqlar anaya verilə bilməz. İcraçı isə gəlib 14 yaşlı oğlana deyir ki, ananın yanına getməlisən.» deyə Sevinc xanım bildirib.
O, gəlinin xəyanətinin təfərrüatlarını da danışıb.
Qeyd edək ki, sabah 12:50 də Space Tv-də "Gəl dərdini danış"da Nəriminə xanımın da danışacaq. O iddialara cavab verəcək. Bu gün baş verən anları sizə təqdim edirik.
02:39 - 18 Yanvar 2024