Ötən il Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 4 526,8 mln. manat olmaqla, əvvəlki illə müqayisədə 7,3% artıb.
Titul.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, hesabat dövründə neft məhsullarının istehsalında sürtkü yağlarının istehsalı 31,6%, avtomobil benzininin istehsalı 13,4 faiz, qazoylların (dizel yanacağının) istehsalı 12,3%, neft koksunun istehsalı 10% artıb.
Qeyd olunur ki, 2023-cü ildə ölkədə neft bitumu istehsalı 19,1%, mazut istehsalı isə 92,7% azalıb.
23:35 - 17 Yanvar 2024