Bakıdakı güclü partlayışın görüntüsü - ANBAAN VİDEO

 Bakıdakı güclü partlayışın görüntüsü - ANBAAN VİDEO

Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdə baş vermiş partlayışın görüntüləri yayılıb.

Titul.az həmin görüntünü təqdim edir:

Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdə baş vermiş partlayışla əlaqədar dağıntılar altından Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən daha bir nəfərin meyiti tapılıb.

Bu barədə Titul.az-a FHN Mətbuat xidmətindən bildirilib.

Hazırda axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

Qeyd edək ki, hadisə nəticəsində xilasedicilər tərəfindən dağıntılar altından 3-ü sağ çıxarılmaqla, ümumilikdə 24 nəfər xəsarət alıb, 7 nəfərin meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.

23:05 - 15 Yanvar 2024

Xəbər lenti