Türkiyədə yeniyetmə oğlan ov tüfəngi ilə bir ailəyə hücum edib.
Titul.az xəbər verir ki, hadisə İzmir şəhərində baş verib.
İzmirin Karşıyaka rayonunda 16 yaşlı H.Ü sevdiyi qıza elçi gedib. Lakin qızın ailəsi ona rədd cavabı verib. Yeniyetmə sonra tüfəng ilə ailə üzvlərinə atəş açıb. Qızın ailəsi də tüfənglə cavab verib. Qarşıdurma zamanı 4 nəfər yaralanıb.
Tüfəng səslərini eşidən məhəllə sakinləri polis bölməsinə xəbər verib. Yüngül yaralanan 4 nəfər xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırma aparılır.(Lent.az)
16:23 - 15 Yanvar 2024