"Bu gün smartfonların uşaqlarda beyin xərçənginə səbəb ola biləcəyini sübut edən elmi işlər var".
Titul.az sfera-ya istinadən xəbər verir ki, bunu kardioloq və teleaparıcı Aleksandr Myasnikov smartfon radiasiyası ilə beyin xərçəngi arasında əlaqənin olub-olmamasından danışarkən bildirib.
Eyni zamanda həkim bildirib ki, böyüklərdə telefon şüalanması ilə bu xəstəlik arasında əlaqəni təsdiq edən heç bir iş yoxdur. O, bunu onunla izah edib ki, smartfonun uşağın beyninə təsirini izləmək böyüklərin beynindən daha asandır:
“Beyin şişləri, hətta xoşxassəli şişlər olduqca geniş yayılıb. Bunun smartfonlara aid olub-olmadığını sübut etmək çətindir. Uşaqlarla bunu görmək asandır.Yetkinlərdə bu çətin və sübuta yetirilməzdir”.
Bundan əvvəl Myasnikov məşhur qan durulaşdıran "Clopidogrel" dərmanının qəbulunun təhlükəli nəticələri barədə xəbərdarlıq edib. O, nadir hallarda bu dərmanı qəbul etməyin ölümlə nəticələnə biləcəyini demişdi.
12:31 - 15 Yanvar 2024