Türkiyədə kişi arvadını öldürüb, özünü “dəli” kimi aparıb.
Titul.az lent.az-a istinadən xəbər verir ki, Bursa şəhərində qeydə alınıb.
Nazlı Meraldan xəbər ala bilməyən qohumları şübhələnərək onun evinə gediblər. Evə girən qohumlar Meralı qanlar içində tapıblar. Meralın 3 bıçaq zərbəsi ilə öldürüldüyünü müəyyən ediblər. Polis şübhəli şəxs qismində qadının əri Nurullah Meralı müəyyən edib və araşdırmalara başlayıb.
Hadisə günü özünə xəsarət yetirən və daha sonra xəstəxanaya gedən Nurullah Meral müalicə olunduqdan sonra nəzarətə götürülüb. Nazlı Meralla 4 ildir evli olan və psixoloji problemləri olduğu iddia edilən Nurullah Meral həbs edilib.
O, arvadının daha əvvəl də ona xəyanət etdiyini və bağışladığını iddia edib. Hadisə baş verən gün evdə oturarkən zəng çaldığını və arvadının qapını açmaq üçün getdiyini bildirən Nurullah evə maskalı 4 nəfərin girdiyini deyib:
“Məni öldürməyə gəldiklərini dedilər. Mənə müdaxilə edəcəklərindən qorxub həyat yoldaşımı bıçaqladım”.
Vəkilinin ruhi xəstə olduğunu iddia etdiyi müttəhimin həm məhkəmə-tibbi ekspertiza rəyi, həm də sübutlar nəticəsində onun əqli sağlamlıq hər şeyin qaydasında olduğu müəyyən edilib.
Məhkəmənin qərarı ilə Nurullah Merala ömürlük həbs cəzası verilib.
13:43 - 13 Yanvar 2024