Müdafiə Nazirliyinin hərbi qulluqçularının maaşları artırıldı - FƏRMAN

 Müdafiə Nazirliyinin hərbi qulluqçularının maaşları artırıldı - FƏRMAN

Prezident İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşlarının artırılması haqqında fərman imzalayıb.

Titul.az xəbər verir ki, fərmana əsasən, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşları orta hesabla 20 faiz artırılıb.

11:58 - 7 Noyabr 2023

Xəbər lenti